backend

“Sevincimdən ölürəm” - Zeynəb Xanlarova

“Xalqımızda canlanma var. Üzlərdə sevinc var. Belə bir addımı çoxdan gözləyirdilər. Hamımız bir-birimizə dəstək olmalıyıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Əsas Məsələ” verilişində Xalq artisti Zeynəb Xanlarova deyib.

O, Amerikaya köçməsi haqqında yayılan şayiələrə də münasibət bildirib: “Deyirlər ki, Zeynəb Xanlarova Amerikada yaşayır. Mənə vaxtilə Türkiyənin prezidenti Cövdət Sunay demişdi ki, gəl burada qal. Sovet dövrü idi, hələ onda mən dedim ki, yox. Türkiyəni Vətənim hesab edirəm. Elə bilirəm ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanın arxasında bir dağ kimi dayanıb. İndi hərdən eşidəndə ki, Zeynəb Amerikada yaşayır, pis oluram. Zeynəb “Qarabağ” mahnısını 50 il əvvəl oxuyub. “Torpağım”, “Vətənim” mahnısını oxuyan Zeynəb… Hazırda mən sevincimdən ölürəm, o enerjini xalqdan alıram. Mən toprağımla, prezidentim İlham Əliyevlə, Mehriban Əliyeva ilə fəxr edirəm. Allah onları bizim ölkənin üzərindən əskik etməsin. Onlar olmasa Azərbaycan dağılar”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*