Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimovun doğulduğu Qəbələ rayonunun Vəndam kəndində olub.
KONKRET.az xəbər verir ki, şəhidin ata ocağını ziyarət edən A. Paşazadə Polad Həşimovun xatirəsini anmaq üçün məhz bu günü — Qurban bayramının Ərəfə gününü seçdiyini vurğulayıb.
Şeyxülislam Həşimovun atası və övladlarına başsağlığı verib, II Fəxri Xiyabanda hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğunu bildirib.
Allah Seyxmizin can in sag eylesin. Bu xalq size emanetdi ey boyuk insane. Bayraminiz mubarek.