“Sifariş xaricdən verilib, burada şimal, cənub və qərb ölkələri rol oynayır” – Erməni təxribatı ilə bağlı AÇIQLAMAbackend

"Sifariş xaricdən verilib, burada şimal, cənub və qərb ölkələri rol oynayır" - Erməni təxribatı ilə bağlı AÇIQLAMA

 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, ermənilərin növbəti təxribatı gözlənilən idi: “Erməni mətbuatı Lavrovun Bakı səfərindən əliboş qayıtmasına görə hay-küy salırdı. Maraqlısı odur ki, Paşinyanın “Vətəndaş müqavilə”si partiyasından olanlar da Rusiya XİN başçısının təkidlərinin Azərbaycan tərəfindən qəbul edilməməsinə görə Lavrovu ittiham edirdi. Bir gün sonra  Ararat Mirzoyanın təcili Dehliyə uçması və orada Lavrovla görüşməsi, ondan sonra isə bu hadisələrin baş verməsi arasında əlaqə olduğunu düşünürəm. Görünən odur ki, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar çoxlarını narahat edir. Son iki gündə Bakıda baş verən silahlı qarşıdurmanı da təsadüfi saymıram. Amma dünən baş verən hadisənin iştirakçılarını Azərbaycanın Daxili İşlər Nazirliyi cəmi 9 saat ərzində tapdı. Düşünürəm ki, Bakı Baş Polis İdarəsinə yeni təyinatdan sonra bu hadisə bizə bir mesaj idi. Amma Azərbaycan polisi bu məsələdən üzüağ çıxdı və böyük uğura imza atdı. Bu, o deməkdir ki, düşmən birmənalı şəkildə bu cür risklərə getməyəcək”.

Cümşüd Nuriyev - Teleqraf.com

Politoloq bu hadisələrin növbəti müharibəyə səbəb olmayacağını deyib: “Çünki Azərbaycan bütün hallarda  10 noyabr Bəyanatının 6-cı bəndində nəzərdə tutulan “ərazimizdən erməni silahlılarının çıxarılması” məsələsini gündəmə gətirib. Ona görə də, baş verən hadisə Azərbaycana qarşı bir təxribatdır. Sifariş birmənalı şəkildə xaricdən verilib. Konkret istintaqdan sonra ölkələrin adını çəkmək olar. Amma burada birmənalı olaraq Qafqazda sülhü istəməyən həm şimal, həm cənub, həm də qərb ölkələri rol oynayır. Ona görə də, hadisələrin sonunu gözləmək lazımdır. Proseslərin necə cərəyan edəcəyi isə yalnız ehtimal oluna bilər. Rusiya burada ikinci cəbhənin açılmasını istəmir. Üstəlik, Kreml və İrəvan arasında vəziyyət gərgindir. Ruspərəst və qərbpərəst qüvvələr arasında çox böyük qarşıdurma var. Fransa isə öz başının hayındadır. Bakıdakı Qoşulmama Hərəkatının toplantısında İlham Əliyevin mesajını alan Makron tez-tələsik Mərkəzi Afrika ölkələrinə səfərə gedib. Artıq bir növ Qoşulmama Hərəkatının sədri kimi Prezident Əliyevin müraciəti Fransanı çox çətin vəziyyətə salıb. Ona görə də, Fransa bu məsələlərə müdaxiə edə bilməyəcək. Odur ki, yeni dünya düzənini qurmaq istəyənlər Rusiyanı başqa təxribatlara çəkməyə çalışacaqlar. Digər tərəfdən İsrail-İran qarşıdurması mövcuddur. Yəni bizim qonşularımızda çox ciddi siyasi proseslər gedir. Bizim əsas marağımız odur ki, Azərbaycan və Türkiyə bu bəlalardan uzaqda qalsın”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*