Müxalifətdən olan deputatlar Ermənistan parlamentinin sədri Alen Simonyanın çıxışından əvvəl iclas zalını tərk ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Simonyan müxalifətin oyununu belə şərh edib: “Hər şey aydındır, siz Ermənistanı müharibəyə sürükləmək istəyirsiniz”.
O qeyd edib ki, müxalifət Ermənistanda hakimiyyəti dəyişmək istəyir.
“Hakimiyyət dəyişikliyi naminə bəziləri canlarını satmağa hazırdırlar! Yaxud da artıq satıblar”, – Simonyan bildirib.
Natiq Səlim,
KONKRET.az