Simonyandan Paşinyana DƏSTƏK: “Baş nazirin fikirləri ilə tam razıyam”backend

Simonyandan Paşinyana DƏSTƏK: "Baş nazirin fikirləri ilə tam razıyam"

“Baş nazirin dünən səsləndirdiyi fikirləri tam şəkildə dəstəkləyirəm”. 

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün növbəti sessiyada bildirib.

Parlamentin bugünkü sessiyasında müxalifətçi deputat Artsvik Minasyan Baş nazir Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi fikirlərinin bu gün müzakirə ediləcəyi ilə maraqlanıb.

“Həmin fikirlər bizim tərəfimizdən dövlət əleyhinə, antimillilik kimi qəbul edilir. Siz o fikirləri burada müzakirə obyektinə çevirəcəksinizmi, cənab Simonyan”, – Minasyan spikerə müraciət edib.

“Təşəbbüs göstərmək sizin hüququnuzdur. Təşəbbüskar olun, sonra müzakirə edəcəyik. Bir daha təkrar edirəm, təşəbbüsü təqdim edin, müzakirə edək.

Əgər mənim şəxsi fikrimlə maraqlanırsınızsa, o zaman Baş nazirin dünən səsləndirdiyi fikirləri tam dəstəkləyirəm”, – deyə Simonyan cavab verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*