Simonyandan SƏRT AÇIQLAMA: “KTMT ilə bağlı QƏRAR VERƏCƏYİK”backend

Simonyandan SƏRT AÇIQLAMA: "KTMT ilə bağlı QƏRAR VERƏCƏYİK"

“Erməni tərəfi KTMT ilə bağlı nəticə çıxarıb və təsirli addımlar atır”.

KONKRET.az xəbər verir ki, bunu noyabrın 24-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun fikrincə, KTMT-nin postsovet məkanında hərbi rolu özünü doğrultmur və buna kifayət qədər sübutlar var.

“Bu, təkcə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində özünü büruzə vermir. Ermənistan tərəfi bu istiqamətdə nəticə çıxarıb və səmərəli addımlar atır.

Biz KTMT-yə Türkiyə-Azərbaycan tandemindən qorunmaq üçün daxil olmuşuq. Başqa kimdən?

Heç olmasa siyasi qiymət vermək vaxtı çatanda bu qiymətləndirmələr yetərli olmadı. Ermənistanın buna reaksiyası dünənki sənədi imzalamaqdan imtina etməsi olub. Biz gözləyirdik ki, sənəddə Azərbaycanın addımlarına siyasi qiymət öz yerini tapacaq”, – deyə Simonyan bildirib.

Xatırladaq ki, dünən Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin bu ölkəyə yardım haqqında bəyannaməni imzalamaqdan imtina edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*