“Sinan Oğan Ərdoğanı dəstəkləyəcək” – “Hürriyet”backend

"Sinan Oğan Ərdoğanı dəstəkləyəcək" - “Hürriyet”

Sinan Oğan Ərdoğanı dəstəklədiyini bəyan edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşrinin hökumət dairələrinə yaxın olan köşə yazarı Abdulkadir Selvi bugünkü yazısında bildirib.

O, “Ata İttifaqı”ndan (“Atatürk İttifaqı”) prezidentliyə keçmiş namizəd Sinan Oğanın mayın 22-də bəyanat verərək, prezident seçkilərinin ikinci turunda ölkənin indiki Prezidenti R.T.Ərdoğanı dəstəklədiyini bildirəcəyini yazıb.

“Əldə olan məlumata görə, Sinan Oğan bu gün seçkilərin ikinci turunda Prezident Ərdoğanı dəstəklədiyini bəyan edəcək, terrorçu təşkilatları dəstəklədiyi üçün Kılıçdaroğlunu dəstəkləmədiyini bildirəcək”, – Abdulkadir Selvi qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*