Sinaqoqda atışma: Ölən və yaralananlar var – VİDEObackend

Sinaqoqda atışma: Ölən və yaralananlar var - VİDEO

Tunisdə sinaqoqda silahlı insident olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə Cerba adasında yüzlərlə dindarın sinaqoqda olduğu vaxt baş verib.

Nazirliyin məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin əməkdaşı şəxsi silahı ilə həmkarını güllələyib. Bundan sonra o, sursatları götürərək sinaqoqda təhlükəsizlik qüvvələrini hədəf alaraq atəş açıb.

Nəticədə altı təhlükəsizlik əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan biri ölüb. Həmçinin iki kilsə üzvü həlak olub, daha dörd nəfər yaralanıb.

Hadisəni törədən şəxs zərərsizləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*