Sinif otağında pomidor-yumurta bişirilən məktəbdən YENİ XƏBƏRbackend

Sinif otağında pomidor-yumurta bişirilən məktəbdən YENİ XƏBƏR

Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki, məktəbdən APA-ya verilən məlumata görə, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.

“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, – qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*