“Şirinlik” qane etmədi, ataya etirazını bildirdi – VİDEObackend

“Şirinlik” qane etmədi, ataya etirazını bildirdi - VİDEO

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunduğuna dair sosial şəbəkədə görüntülər yayılıb. Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirir.

KONKRET.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, doğum evinin baş həkimi Kəmalə Heydərova hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqləyib.

O, videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şöbə müdiri olduğunu deyib.

Baş həkim bildirib ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır:

“Doğuş həkim Sevinc Məmmədova tərəfindən icra olunub. Hamilə qadının qızı dünyaya gəlib. Görüntülərdə əks olunan hadisə ilə bağlı isə həkimin izahatı alınır”.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*