Siyasətçi İlya Yaşin Çeçenistan rəhbəri Ramzan Kadırovun istefası tələbi ilə petisiyaya başlayıb.
KONKRET.az “Exo Moskvı”ya istinadla bildirir ki, Yaşin bu barədə müsahibəsində deyib. O bildirib ki, Rusiya qanunları faktiki olaraq respublikada tətbiq edilmir və bununla bağlı nəsə etmək lazımdır.
Change.org saytında bir saat ərzində petisiya minlərlə imza toplayıb və proses davam edir.
İlya Yaşinin verdiyi məlumata görə, daha sonra bu petisiya prezident administrasiyasına göndəriləcək.
“Mən istəyirəm ki, Prezident Administrasiyası, cəmiyyət və Kadırovun özü görsün ki, getdikcə daha çox insan öz narazılıqlarını ucadan ifadə etməyə hazırdır və son illərdə olduğu kimi, məzlum kimi susmasınlar”, – deyə siyasətçi qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
