“Siyasi alətə çevrilməyin” – Vazgen Manukyandan polisə ÇAĞIRIŞbackend

"Siyasi alətə çevrilməyin" - Vazgen Manukyandan polisə ÇAĞIRIŞ

“Hüquq mühafizə orqanlarını məğlub olmuş hakimiyyətin əlində siyasi alətə çevrilməməyə çağırırıq”.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq Baş naziri, müxalifətin Baş nazir postuna vahid namizədi Vazgen Manukyan deyib.

“Bizim hərəkat (Vətənin Qurtuluş Hərəkatı) dövriyyə toplayır. Hər gün bizə yeni insanlar, qruplar və strukturlar qoşulur. Ölkənin gələcəyindən narahat olan minlərlə gənc İrəvanda və bölgələrdə təhlükəsizliyimiz üçün şərəflə mübarizə aparırlar.

Bu, siyasi hərəkat deyil. Bu, yalnız hakimiyyətin əvəzlənməsi üçün hərəkat deyil. Bu, ilk növbədə ləyaqət hərəkatıdır”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*