“Siz müharibə istəyirsiniz?”.
KONKRET.az xəbər verir ki, bunu bu gün parlamentdə jurnalistlərlə söhbətində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Narek Zeynalyan deyib.
“Biz təklif etmişik ki, Haaqa Məhkəməsinin qərarının icrası üçün məcburi tədbir kimi Azərbaycana müəyyən sanksiyalar tətbiq edilsin.
Biz o yerə çatmalıyıq ki, tərəfdaşlarımız Laçın boğazı məsələsini tez bir zamanda həll etmək üçün Azərbaycana təzyiq göstərsinlər. Bizim üçün prioritet Qarabağdakı soydaşlarımızın təhlükəsizliyidir.
Biz Ermənistanla əlaqənin kəsilməməsi üçün hər cür səy göstəririk. Məsələnin sülh yolu ilə həllinə və sülh müqavilə imzalanmasına maksimum səylər göstərilir”, – o deyib.
Jurnalistlərin “Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratdıqdan sonra hansı sülhdən danışmaq olar” sualına deputat belə cavab verib:
“Siz müharibə istəyirsiniz? Danışıqlar yolu ilə sülhə nail olmaq olarsa, müharibə nəyə lazımdır? Məncə, sülhün alternativi yoxdur”.
Xuraman Etibarlı,
KONKRET.az
