Sloveniyada kimya zavodu partadı – 20-dən çox yaralı varbackend

Sloveniyada kimya zavodu partadı - 20-dən çox yaralı var

Sloveniyanın cənubundakı Koçevye şəhərində kimya zavodunda partlayış baş verib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 20-dən çox insan xəsarət alıb.

Ağır yanıq xəsarətləri alan iki nəfər paytaxt Lyublyanada xəstəxanaya aparılıb. Partlayış nəticəsində zavodun binasına ciddi ziyan dəyib.

Partlayışdan sonra zavodda yanğın başlayıb, bir müddət sonra yanğının qarşısını almaq mümkün olub.

Həmin zavod tikinti və tekstil sənayesi üçün qatran istehsal edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*