Şöbə müdiri: “Bütün ciddi media subyektləri məlumatlarını Reyestrə daxil edib”backend

Şöbə müdiri: "Bütün ciddi media subyektləri məlumatlarını Reyestrə daxil edib"

Azərbaycanın bütün ciddi media subyektləri artıq öz məlumatlarını Media Reyestrinə daxil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli Bakıda Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfransda çıxışı zamanı bildirib.

“Media haqqında” qanunun qəbulundan sonra görülən işlərdən danışan şöbə müdiri bu prosesin yekunlaşdığını vurğulayıb./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*