SOCAR rəhbərliyi ilə bağlı yeni FAKTLAR YAYILDI – ƏTRAFLIbackend

SOCAR rəhbərliyi ilə bağlı yeni FAKTLAR YAYILDI - ƏTRAFLI

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılovun adı şirkətdaxili qalmaqallarda hallanır. Belə ki, Mikayıl İsmayılov rəhbərliyində təmsil olunduğu şirkətin “qara kassası” hesab olunur. Kifayət qədər gücə və maliyyə imkanlarına sahib olan M.İsmayılov SOCAR-ın qaranlıq əməliyyatlarında bütün maliyyə prosesinin idarə olunmasına nəzarət edir. Lakin SOCAR-ın qaranlıq fəaliyyətlərini icra edən vitse-prezident şirkətin maliyyə imkanlarını da öz məqsədləri üçün istifadə edir”.

KONKRET.az-a adının açıqlanmasını istəməyən mənbənin verdiyi xəbərə görə, vitse-prezident bu gücü və maliyyə imkanlarını SOCAR-ın avtomobil sektorunu öz inhisarına almaqla əldə edib. Belə ki, Mikayıl İsmayılov SOCAR-ın avtomobil parkının balansındakı 1000-dən çox avtomobili ələ keçirərək nəzarətində saxlayır. Eyni zamanda o, Babək prospektində yerləşən “General Motors Company” avtomobillərinin satışı ilə məşğul olan “GM” avtosalonunun da sahibidir. Bakının Babək prospektində böyük ərazini əhatə edən avtosalonun əsas gəliri SOCAR-a avtomobil satışı və şirkət avtomobillərinə göstərilən servisdəndir.

Məhz bu xidmətlər müqabilində avtosalon və şirkətlərin SOCAR-la aylıq 2 mln. manatlıq müqaviləsi mövcuddur. SOCAR-ın orta və yüksək vəzifəli şəxsləri həmin avtosalondan alınmış “Cadillac”, “Chevrolet” və “Chevrolet pickup”, “Buick” markalı bahalı xidməti maşınlarla təmin olunub. Bu bahalı maşınların Azərbaycana gətirilməsi Mikayıl İsmayılov tərəfindən həyata keçirilir. Digər tərəfdən də bu avtomobillər SOCAR-a satılarkən normal satış qiymətindən dəfələrlə baha sənədləşdirilir.

“GM” avtosalonla bağlanmış müqaviləyə əsasən, texniki servis xidmətləri üçün SOCAR hər ay Mikayıl İsmayılova 2 mln. manat ödəyir. Bu vəsaitin böyük bir hissəsi, eyni zamanda, dəyərindən qat-qat artıq qiymətə sənədləşdirilmiş bahalı xidməti maşınların satışından əldə olunan gəlir isə şəxsən Mikayıl İsmayılova çatır.

Eyni zamanda Mikayıl İsmayılov SOCAR-ın balansında olan bütün avtomobilləri özünə məxsus yağ firmalarının məhsulları ilə təmin edir. Belə ki, şirkətin balansında olan bütün bu avtomobillərə göstərilən texniki xidmət zamanı “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilməlidir. Bu yağların ölkəyə gətirilməsini də yalnız Mikayıl İsmayılov həyata keçirə bilər.

Mikayıl İsmayılovun birbaşa adının hallanmadığı və SOCAR-la əlaqəli bir çox şirkətləri də mövcuddur. Bu şirkətlər bütün satınalma qaydalarını pozaraq SOCAR-ın podratçı şirkətlərinə çevriliblər. Bu şirkətlərdən biri “Olerni LTD” şirkətidir. Şirkətin təsisçisi Akif İmanov adlı şəxs olmasına baxmayaraq, bütün haqları Mikayıl İsmayılova məxsusdur. SOCAR-ın əsas təchizatçılarından olan şirkətin fəaliyyəti kranların, neft-qaz separatorların, yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir. Həmçinin təchizat sahəsində formal rəqabət yaratmaq üçün Mikayıl İsmayılova məxus olan digər bir şirkət “Kapital Motors” da oxşar xidmətləri göstərir.

KONKRET.az

P.S. Materialda sadalanan faktlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*