“Social Lab” Agency SMM və PR şirkətinin 1 yaşı tamam olur.
KONKRET.az xəbər verir ki, “Social Lab” yeni yaranmasına baxmayaraq, bazarın ən öndə gedən şirkətlərinə rəqib olmağı və qısa zamanda öz adından söz etdirməyi bacarıb.
Direktor İlham Məmmədov bildirib ki, “Social Lab” SMM, Rəqəmsal Marketinq, Dizayn, Media, Veb dizayn və Veb saytların hazırlanması ilə tam PR xidmətləri göstərməkdədir: “Biznes sahibisiniz, lakin tanınmır və ya sosial şəbəkələrdə rəqiblərinizdən geridə qalırsınızsa, Brendinq və rebrendinqə ehtiyac varsa, eyni zamanda logo, korporativ stili və veb saytınız yoxdursa, o zaman bizə müraciət edə bilərsiniz. Peşəkar komandamız kiçik bizneslərdən böyük şirkətlərə qədər hər sahədə sizlərə sosial platformalarda önə çıxmağa kömək edəcək”, – deyə İlham Məmmədov vurğulayıb.
KONKRET.az kollektivi adından şirkətin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını təbrik edir, işlərində müvəffəqiyyət arzulayırıq.
KONKRET.az
