ŞOK İDDİA: “ABŞ İrana qoşun yeridə, orada yeni hökumət yarada və vətəndaş müharibəsi başlada bilər”backend

ŞOK İDDİA: “ABŞ İrana qoşun yeridə, orada yeni hökumət yarada və vətəndaş müharibəsi başlada bilər”

“Bakı ilə Tehran arasında münasibətlərin kəskinləşməsi fonunda Azərbaycan obyektiv formalaşmış tarixi, coğrafi və geosiyasi şəraitə görə çətin vəziyyətə düşə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “Eurasianet” nəşrinin yazdığı məqalədə əks olunub. Məqalədə deyilir ki, hansı regional siyasət yürütməsindən asılı olmayaraq, Bakı hadisələr burulğanına çəkilə bilər.

Beynəlalq analitiklər isə Azərbaycan və İranın hazırkı münasibətlərini “buludsuz” adlandırmağın doğru olmadığını deyirlər. Hər iki tərəf təkcə bəyanatlarda deyil, həm də hərəkətlərdə siyasi hiylələr mübadiləsi aparır. Vəziyyət təbii ki, bir gecədə bu həddə çatmayıb. Hadisələr kompleks şəkildə inkişaf edib və sürətlə gərginləşib. 2020-ci il sentyabrın sonunda Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” dövlət agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədi yaxınlığında keçirdiyi hərbi təlimlərdən danışaraq, onları “gözlənilməz hadisə” adlandırıb.

Bakı-Ankara Tandemi…

İranda etirazların və hətta separatçı əhval-ruhiyyənin yüksəlməsi fonunda Bakı-Ankara tandeminin regionda artan təsirindən isə Tehran ciddi narahatdır. Sentyabrın ortalarından etibarən ölkədə iğtişaşlar yaşanır. Onlar əsasən İranın Azərbaycan və Kürdüstan bölgələrini əhatə edir. Tehran Qərbin xüsusi xidmət orqanlarının köməyi və etnik amil vasitəsilə regionda böyük geosiyasi oyunun oynanılmasından şübhələnir. Prezident Co Baydenin “İran tezliklə azad olunacaq” deməsindən və ABŞ ordusunun “İranı Suriyaya çevirə bilərik” hədəsindən sonra Tehran bu təhlükəni dərk etməyə başlayıb. Yəni  Yaxın Şərq sarsıntılarını Transqafqaza ixrac etmək planı gerçəkləşir.

Məhəmməd Bagir Qalibaf – İran parlamentinin spikeri

“İran parlamentinin spikeri Qalibaf xəbərdarlıq edir ki, milli birliyi pozan istənilən mövqe “düşmənin silahını doldurmaq” kimi qiymətləndiriləcək. Onun sözlərinə görə, düşmən İranı parçalamaq istəyir. Bu, açıq şəkildə Qərbin keçmiş Sovet Ukraynası ərazisində həyata keçirdiyi ssenarinin təkrarlanması deməkdir.

“Cənubi Azərbaycan problemi” və Bakının geosiyasi səhnəyə tədricən, lakin nəzərəçarpacaq dərəcədə qarışması, həmçinin Vaşinqtonun bu birləşmədə onu özünün müttəfiqi hesab etməsi regionda böyük təlatümlərə səbəb olub. Tehrandakı mərkəzlərin fikrincə ABŞ-ın Azərbaycan amilindən İran istiqamətində istifadə etməsi əməliyyatının konturları görünür. Artıq bu istiqamətdə müvafiq layihələr hazırlanıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi

Belə ki, Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi ABŞ-ın, İranın etnik əyalətlərindən birinin ərazisinə qoşun yeridə, orada yeni hökumətin yaradıldığını elan edə və ölkədə vətəndaş müharibəsi başlada biləcəyi haqda ssenari dərc edib. Bu variant İranda sabitliyin pozulduğu halda mümkündür. Bir sözlə Qərbin hərəkətləri İranda hakimiyyəti dəyişməyə yönəlib. İndiki vəziyyət olduqca qeyri-sabitdir. Ona görə də  təkcə İran deyil, Rusiya və Azərbaycan da ciddi tarixi seçim etməlidir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*