İngiltərədə Buzz adlı it yaşadığı bağdan 215 daş udub. Sahibi Laura Jenkins itin mədəsindəki daşların səsini eşidib və dərhal onu baytar həkiminə aparıb. 20 yaşlı tələbə qız indi tibbi sığorta xərclərini (3400 funt sterlinq) necə ödəyəcəyindən narahatdır.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, 4 saatlıq əməliyyat zamanı cərrahlar itin mədəsini və bağırsaqlarını açaraq 215 daşı çıxarıblar. “1 yaşı olduğuna görə çox təəssüf edirəm. Baytarlar çətin bir əməliyyat olacağını dedilər, hətta kömək üçün başqa bir baytar cərrahı da çağırmalı oldular. Daşları çıxarmaq üçün mədəsini və bağırsağını açdılar”, deyə Laura bildirib. Tələbə qız əməliyyatdan sonra Buzzın yaxşı vəziyyətdə olduğunu söyləyib. İndi o, həkimlərin pulunu necə ödəyəcəyi haqda düşünür.
KONKRET.az
Dog owner, 20, faces £3,400 vet bill after her spaniel Buzz ate 215 STONES https://t.co/51f7Wu4gVv
— Daily Mail U.K. (@DailyMailUK) January 28, 2020
