ŞOK: Paşinyanın mövqeyi zəifləyəcək, hakimiyyətdən gedəcək, yerinə isə…backend

ŞOK: Paşinyanın mövqeyi zəifləyəcək, hakimiyyətdən gedəcək, yerinə isə...

“Əgər yaxın vaxtlarda Ermənistanda parlament seçkiləri keçirilsə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının qələbə qazanması kifayət qədər real görünür. Amma bu qələbə mütləq üstünlük anlamına gəlmir”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə Qarayeva | news365.az

“Mövcud rəy sorğuları onun partiyasının digər siyasi qüvvələrdən irəlidə olduğunu göstərir, lakin dəstək səviyyəsi hələ də cəmiyyətin yarısından azını əhatə edir. Bu isə onu göstərir ki, Paşinyanın üstünlüyü daha çox rəqiblərin zəifliyi və parçalanmış vəziyyəti ilə bağlıdır”.

Z.Qarayeva vurğulayıb ki, digər tərəfdən, seçkinin nəticəsini yalnız indiki rəqəmlər deyil, seçici fəallığı və kampaniya dövründə baş verəcək hadisələr müəyyən edəcək.

“Ermənistan cəmiyyətində qərarsız seçici kütləsi kifayət qədər böyükdür və bu elektorat son mərhələdə istiqamətini dəyişə bilər. Əgər müxalif qüvvələr müəyyən dərəcədə birləşə bilsə və ya sosial-iqtisadi narazılıq fonunda yeni dinamika yaransa, Paşinyanın mövqeyi zəifləyəcək. Buna görə də onun qələbəsi mümkündür, amma əvvəlcədən tam təmin olunmuş nəticə kimi qiymətləndirilə bilməz”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*