Solovyovun sözü EŞİDİLMƏDİ – Qasparyan Rusiya əleyhinə daha sərt çıxış etdi – VİDEObackend

Solovyovun sözü EŞİDİLMƏDİ - Qasparyan Rusiya əleyhinə daha sərt çıxış etdi - VİDEO

AntuRusiya çıxışı ilə Solovyovun və rusların qəzəbinə səbəb olan Vahe Qasparyan dünən daha kəskin çıxış edib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, dünən axşam saatlarında İrəvanın mərkəzində hökumət əleyhinə mitinq keçirilib. Mitinqdə noyabrın 16-da baş verən hadisələrə görə Ermənistanın Baş naziri Nikol Paşinyan istefaya çağırılıb.

Mitinqdə “Sasna Çrer” radikal qruplaşmasının üzvü Vahe Qasparyan çıxış edib. Ötən mitinqdə antiRusiya çıxışına görə rusların, xüsusən də rusiyalı jurnalist, ermənipərəst Vladimir Solovyovun qəzəbinə tuş gələn Qasparyan bu dəfə daha sərt şüarlar səsləndirib, çağırışlar edib. Solovyov onun haqqında tədbir görülməsini, hətta həbs olunmasını Ermənistan hökumətindən tələb etmişdi.

Dünənki toqquşmanın Ermənistan rəhbərliyinin Rusiyaya yalvarışlarından sonra dayandırılmasına baxmayaraq, Vahe minnətdarlıq əvəzinə Rusiyanı satqınlıqda günahlandırıb.

“Rusiya həmişə bizi satıb, satır və yenə də satacaq! Heç zaman heç bir rus-erməni dostluğu olmayıb, xəyanət xəyanətin ardınca olub. Bəsdir! Daha belə olmayacaq!”, – deyə Qasparyan hiddətlənib.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*