Somalidə yeni prezident seçildibackend

Somalidə yeni prezident seçildi

Somalidə keçirilən seçkilərin üçüncü turunda səslərin çoxunu toplayan Həsən Şeyx Mahmud ölkənin yeni prezidenti olub.

KONKRET.az xəbər verir ki, Paytaxt Moqadişoda keçirilən seçkilərin üçüncü turunda hazırkı prezident Mohamed Abdullah Farmajo ilə keçmiş prezident Həsən Şeyx Mahmud yarışıb.

Belə ki, qeyri-rəsmi nəticələrə görə, Şeyx Mahmud final mərhələsində 214, Fermajo isə 110 səslə toplayıb.

İkinci turda yarışan 4 namizəddən biri olan Puntland əyalətinin rəhbəri Abdulkadir Dani seçkidən əvvəl Mahmudu dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, 2012-2017-ci illərdə Somali prezidenti vəzifəsini icra edən Mahmud ölkədə ikinci dəfə bu vəzifəni tutan ilk şəxs olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*