“Son 8 ildə gələcək vəd etdilər, amma Qarabağsız qaldıq və qorxu içində yaşayan bir ölkə olduq”backend

"Son 8 ildə gələcək vəd etdilər, amma Qarabağsız qaldıq və qorxu içində yaşayan bir ölkə olduq”

“Son səkkiz ildə Ermənistan vətəndaşlarına gələcək vəd edirdilər, lakin bu gün biz boşalmış Qarabağı (mətndə ‘Arsax’) və təşviş içində boğulan bir ölkəni görürük. Qələbə söz verdilər, lakin məğlubiyyət gətirdilər”.

KONKRET.az xəbər verir ki, bu bəyanatla iyunun 3-də Respublika meydanında keçirilən seçkiqabağı mitinqdə “Güclü Ermənistan” partiyalar blokunun üzvü, vəkil Aram Vardevanyan çıxış edib.

O vurğulayıb ki, hazırkı seçkilər ölkə üçün həlledici məqam və böyük qələbənin başlanğıcıdır. Vardevanyanın sözlərinə görə, alçalma, yalan və Azərbaycanın tələblərinə müqavimət göstərə bilməmək epoxası keçmişdə qalmalı, yerini real dəyişikliklərin yeni mərhələsinə verməlidir.

Vardevanyan əminliyini ifadə edib ki, həqiqi və ləyaqətli sülh qorxu yaymaqla və ya Bakının istəyinə uyğun olaraq Müstəqillik Bəyannaməsini Konstitusiyadan çıxarmaqla qurula bilməz. O qeyd edib ki, “Güclü Ermənistan” bloku ölkədə əsasını erməni xalqının rifahı təşkil edən güclü və uzunmüddətli sülhü təmin edəcək.

Blokun islahat proqramına 300 min yeni iş yerinin yaradılması, müddətli həqiqi hərbi xidmətin bir ilə qədər azaldılması və ifrat yoxsulluğun ləğv edilməsi daxildir. Vardevanyan bu genişmiqyaslı dəyişikliklərin zəmanətçisi və rəhbəri kimi ölkənin gələcək baş naziri və “milli xeyriyyəçi” adlandırdığı Samvel Karapetyanı təqdim edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*