ABŞ səfirliyi Rusiyadakı amerikalıları evakuasiya planlarını nəzərdən keçirməyə çağırıb.
KONKRET.az xarici mdiaya istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi amerikalıları evakuasiya planları üzərində düşünməyə səsləyib:
“Moskva və Sankt-Peterburq da daxil olmaqla iri şəhərlərdəki ticarət mərkəzlərinə, dəmiryol vağzallarına, metro stansiyalarına və insanların sıx toplaşdığı digər yerlərə, habelə Rusiyanın Ukrayna sərhədi yaxınlığında gərginliyin yüksək olduğu ərazilərə hücum təhlükəsi yaranıb” – deyə səfirlik bildirib.
Məlumatda həmçinin qeyd olunub ki, amerikalılar şəxsi təhlükəsizlikləri haqda bir daha düşünməli, ABŞ hökumətinin yardımı olmadan evakuasiya planlarını nəzərdən keçirməlidirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az
