Ədliyyə Nazirliyinin binasında baş verən yanğın söndürülüb.
KONKRET.az-ın məlumatına görə, yanğında xəsarət alan olmayıb.
İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.
***
11:44
Ədliyyə Nazirliyinin binası yanır.
KONKRET.az xəbər verir ki, binanın yuxarı mərtəbəsində yanğın başlayıb.
Hazırda əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Nazirliyin əməkdaşları binadan təxliyə olunub.
