Son dəqiqə: Bütün dünyanın maraqla gözlədiyi Fed faiz dərəcəsi açıqlandıbackend

Son dəqiqə: Bütün dünyanın maraqla gözlədiyi Fed faiz dərəcəsi açıqlandı

Beynəlxalq bazarlar həyəcanla ABŞ Federal Ehtiyat (Fed) toplantısının nəticəsini gözləyib. Dünən başlayan iclas bu gün başa çatıb və Fed faiz dərəcəsi açıqlanıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərarın nəticəsi bir neçə dəqiqə bundan öncə bəlli olub. Fed qərarında faiz dərəcələrini dəyişdirmədiyini açıqlayıb və siyasət nisbətini 1.50-1.75 faiz aralığında sabit qoyub.

ABŞ Prezidenti Donald Tramp dünən sosial media hesabında Fed-in daha aşağı olan digər ölkələrlə rəqabət aparmaq üçün faiz dərəcələrini aşağı salmaları lazım olduğunu, bunun ardından borc ödəmələri və yenidən maliyyələşdirmə mövzusuna diqqət yetirəcəklərini söyləyib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*