Son dəqiqə: çinli həkim ölməyib, ona süni nəfər verilibbackend

Son dəqiqə: çinli həkim ölməyib, ona süni nəfər verilib

Koronavirus infeksiyasından sonra öldüyü iddia edilən çinli həkim Li Venliangın ürəyi dayandıqdıqdan sonra ona süni nəfəs verilib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Global Times” nəşri “Twitter”də yayıb:

“Li Venliang hazırda ağır vəziyyətdədir. Ürəyi yerli vaxtla saat 21: 30-da dayanıb. Sonra ona süni nəfər verilib”.

Bir az öncə mediada yazılmışdı ki, Uxanda həkim dünyasını dəyişib. İddiaya görə, səlahiyyətli şəxslər ona virus haqda danışmağı qadağan ediblər.

Xatırladaq ki, Uxan şəhərindən olan 34 yaşlı həkim Li Venliang dekabrın 30-da WeChat sosial şəbəkəsində universitetdəki bir qrup tələbə yoldaşına belə yazıb:

“Yerli dəniz məhsulları bazarından yeddi xəstəyə SARS xəstəliyi diaqnozu qoyuldu, onlar xəstəxanada karantinə göndərildi”.

Bundan sonra Li yerli polis bölməsinə çağırılıb və göndərdiyi mesaja görə töhmət alıb.

O, öz səhvini etiraf edib və “qanunsuz hərəkətlər” etməyəcəyinə dair ərizəyə imza atıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*