SON DƏQİQƏ: DİN avtobusda baş verən insidentlə bağlı AÇIQLAMA YAYDIbackend

SON DƏQİQƏ: DİN avtobusda baş verən insidentlə bağlı AÇIQLAMA YAYDI

Bir neçə gün öncə Biləcəri-Binəqədi-Memar Əcəmi istiqamətində işləyən “92” saylı marşrut avtobusunda yaşanan insidentlə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin KONKRET.az-a verdiyi açıqlamaya görə, hadisə ilə bağlı artıq araşdırmalara başlanılıb. Sərnişin avtobusunda dava edən şəxslərin kimliyi müəyyən edilib və onlar polis orqanına dəvət olunub.

Nurlan Əliyev aparılan araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcəyini deyib.

Xatırladaq ki, sözügedən marşrutda 3 nəfər şəxs arasında əlbəyaxa dava düşüb. Belə ki, avtobusa minən, ata və oğul olduğu deyilən şəxslər avtobusdakı sərnişinlərdən birini döyərək ona ağır xəsarətlər yetirib. Hadisə ilə bağlı videonu ilk olaraq KONKRET.az saytı yayımlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*