Son günlər ölkədə pensiyaların gələn il nə qədər artacağı ilə bağlı müzakirələr aktuallaşıb. Xüsusilə, qiymət artımları fonunda əhalini ən çox maraqlandıran məsələlərdən biri də pensiyaların hansı qaydada indeksləşdiriləcəyi və artımın kimləri əhatə edəcəyi ilə bağlıdır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı professor Elşad Məmmədov bildirib ki, ölkədə pensiyaların artırılması prosesi qanunvericiliyə uyğun olaraq indeksləşdirmə yolu ilə həyata keçirilir.
Professorun sözlərinə görə, hazırda tətbiq edilən mexanizmə əsasən:
• Əmək bazarında aktiv çalışan vətəndaşların pensiya kapitalı Dövlət Statistika Komitəsinin açıqladığı istehlak qiymətləri indeksinə uyğun olaraq indeksləşdirilir.
• Artıq pensiya təyin olunmuş şəxslərin isə pensiyaları illik orta əməkhaqqı artımına əsasən yenilənir.
Məmmədov qeyd edib ki, növbəti il üçün rəsmi statistika açıqlanandan sonra konkret rəqəmlər müəyyən olunacaq.
Qeyd edək ki, bəzi ekspertlər və dövlətə yaxın mınbələr pensiyaların təxminən 9 faiz ətrafında indeksləşdiriləcəyini deyirlər. Bu isə 300 manat pensiya alanlara təxminən 27 manat artım deməkdir.
Aynurə İsmayıl
KONKRET.az


Sosial pensiyalar artacaq?
Pensiya əgər 300 manata 27- manat artırsa ,erzaqin artım hissəsi 2- dəfə daha çoxdur və bu artım gunbe gün artmağa doğru dəyişir,1-kq.yagin qiyməti ay ərzində belə stabil qalmır..
Aldığımız pensiya ki arın 5o% faizdən çoxu dolayısı yolla yenə dövlət hesabına ödənilir (işıq,qaz,su,telefon və yol haqqi,dərman pulları).bizə nə qaldı ancaq nimdaş geyimli qocalıq həyatı 😔