SON DƏQİQƏ: Generalın həbs olunan vəzifəli oğlu komitəyə 5 MİLYON MANAT zərər vurubbackend

SON DƏQİQƏ: Fərid Usubov barəsində QƏRAR VERİLDİ

Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.

***13:57

Hövsan Dəniz Gömrük Postunun sabiq rəisi Fərid Usubov Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, sabiq rəis Fərid Usubov Dövlət Gömrük Komitəsinə 5 milyon manat zərər vurub.

***13:33

Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.

KONKRET.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Məlumata görə, Fərid Usubov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək.

Fərid Usubovun uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş, general-leytenant Cəbrayıl Usubovun oğlu olduğu bildirilir.

***11:53

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.

KONKRET.az xəbər verir ki, Gununsesi.info-nun gömrük orqanlarından əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*