
Bu gün kəşfiyyatçı baş leytenant Kamil Musəvi əməliyyata girib. Konkret.az-ın əməkdaşı hazırda Bona Dea xəstəxanasında xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən qazini əməliyyatöncəsi ziyarət edib.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəşfiyyatçı baş leytenant Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürüb. Bunun üçün Mehriban xanım Əliyevaya təşəkkür edən qazi əməliyyatdan uğurla çıxacağına və yenidən xalqı ilə bir yerdə olacağına əminliyini bildirib.
Qəhrəmanımıza Allahdan şəfa diləyir və əməliyyatöncəsi fotosunu təqdim edirik.
Konkret.az
