Ukrayna briqadalarından yalnız birindən qarşı tərəfin 5-dən çox texnikası və canlı qüvvəsi artilleriya atəşi ilə məhv edilib. Rusiya Federasiyasının işğalçı qoşunları hücumun sürətini aşağı salıb və Ukraynada həm texnika, həm də canlı qüvvə itkiləri verməkdə davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər saatlarının operativ məlumatında deyilir.
“Rusiya işğalçıları hücumun sürətini azaldıblar, lakin onlar hələ də Ukraynaya qarşı hücum əməliyyatında müəyyən sahələrdə uğurlarını artırmağa çalışırlar”, – məlumatda deyilir.
Belə ki, hava hücumu əməliyyatı zamanı qarşı tərəf hərbi və mülki aerodromlara, komanda idarəetmə məntəqələrinə (qüvvələrinə), hava hücumundan müdafiə sisteminin obyektlərinə, mühüm infrastruktur obyektlərinə, müdafiə zonalarında yerləşən yaşayış məntəqələrinə və bölmələrə atəş açmaqda davam edib:
“İşğalçılar beynəlxalq humanitar hüquq normalarını pozaraq, xaincəsinə Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket hücumu həyata keçiriblər”, – məlumatda deyilir.
Eyni zamanda, rus işğalçılarının hərbi əməliyyat məqsədinə çatmaq üçün bütün cəhdləri iflasa uğrayıb. “Batalyon-taktiki qrupların hücumlarını hətta ucqarlarda da uğurla dəf etmək, düşməni hücumu dayandırmağa məcbur etmək mümkündür”, – məlumatda deyilir.
“Düşmən ruhdan düşüb və böyük itkilər verir. Tez-tez fərarilik və itaətsizlik halları olur. Düşmən anladı ki, təbliğat və reallıq fərqlidir. İşğalçılar bizdən qorxurlar”, – mesajda deyilir. Ukrayna müdafiəçiləri sabit müdafiəni davam etdirirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
