SON DƏQİQƏ: “Orion” kosmik gəmisi Ayın heyrətamiz şəkillərini çəkdi – FOTOLARbackend

SON DƏQİQƏ: “Orion” kosmik gəmisi Ayın heyrətamiz şəkillərini çəkdi - FOTOLAR

NASA-nın “Orion” kosmik gəmisi “Artemis 1” missiyası çərçivəsində  planetimizin peykinə 130 kilometrə qədər məsafədə uçarkən Ayın heyrətamiz şəkillərini çəkib.

KONKRET.az xəbər verir ki, kəskin qara-ağ görüntülər “Orion”un bortda olan optik naviqasiya kamerası tərəfindən missiyanın 6-cı günü, yəni noyabrın 21-də çəkilib.

Qeyd edək ki, “Artemis 1” missiyasının əsas məqsədlərindən biri də Aya gələcək insan qruplarına hazırlıq məqsədilə “SLS” raketini, eləcə də pilotsuz “Orion” kosmik gəmisini sınaqdan keçirməkdir. Missiyadakı astronavtlar sürətlənmə, vibrasiya və ən əsası radiasiya səviyyəsini qeydə alacaq xüsusi sensorlarla təchiz olunan buteynlərlə əvəzlənib. Gəminin dekabrın 11-də Yerə qayıdacağı və Sakit Okeana enəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, növbəti missiya “Artemis 2” astronavtlarını Ayın ətrafındakı orbitə çıxaracaq, lakin onun səthinə enməyəcək.

“Artemis 3” missiyasının ekipajı isə Aya enə biləcək. Lakin bu, 2025-ci ildən tez baş verməyəcək. Astronavtların Yer peykinə ikinci enişi 2027-ci ildə gözlənilir. Hər iki missiya üçün NASA “SpaceX”in Ulduz gəmisini seçib.

 

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*