SON DƏQİQƏ: Qazaxıstanda dollar kəskin bahalaşdıbackend

SON DƏQİQƏ: Qazaxıstanda dollar kəskin bahalaşdı

Qazaxıstanda dollar kəskin bahalaşıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Asiya ölkəsində dollar 470 təngəyə satılır.

Gün ərzində birjada dolların 10,45 təngəyə qədər bahalaşdığı bildirilir.

Belə ki, Qazaxıstan Fond Birjasında iyunun 23-də keçirilən hərraclarda dolların məzənnəsi 464,81 təngə təşkil edib.

Bir ayda isə dollar 48,02 təngə bahalaşıb.

Qeyd edək ki, Qazaxıstanın valyutadəyişmə məntəqələrində dollar 464-465 təngəyə alınıb, 469-470 təngəyə satılır.

Məlumat üçün bildirək ki, ICE birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 1 barelə görə 109,5 dollar təşkil edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*