SON DƏQİQƏ: Rusiya İran müharibəsinə qoşula bilər – ABŞ və İsrail TƏŞVİŞDƏbackend

SON DƏQİQƏ: Rusiya İran müharibəsinə qoşula bilər - ABŞ və İsrail TƏŞVİŞDƏ

Yaxın Şərqdə gərginlik yenidən artarkən, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyat ehtimalı beynəlxalq siyasətdə ciddi müzakirələr doğurur. Belə bir ssenaridə isə diqqətlərin yönəldiyi əsas güclərdən biri də Rusiyadır. Moskvanın regiondakı maraqları və Tehranla münasibətləri fonunda sual yaranır: Rusiya ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsinə real şəkildə müdaxilə edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiyanın belə bir müharibəyə birbaşa müdaxilə etmək ehtimalı çox zəifdir. Onun sözlərinə görə, Moskvanın əsas hərbi və siyasi resursları hazırda Rusiya–Ukrayna müharibəsi cəbhəsinə yönəldilib.

CROSSMEDIA - Avropanın taleyi ilə bağlı qorxular artır - AÇIQLAMA

“Rusiyanın İrana birbaşa hərbi müdaxilə etmək şansı yoxdur. Çünki əsas resursları Ukrayna cəbhəsinə sərf olunub. Amma burada paradoks var. Moskva Ukrayna cəbhəsində fəallığını artıra, üstünlük qazanmağa çalışa və vəziyyətdə kəskin dönüş yaratmağa cəhd edə bilər. Belə halda ABŞ həmin istiqamətə daha çox resurs ayırmağa məcbur qalacaq”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya başqa vasitələrlə də prosesə təsir etməyə çalışa bilər:

“Moskva enerji bazarları, xüsusilə də neft qiymətləri üzərindən təsir imkanlarından istifadə edə, həmçinin İrana siyasi dəstək verə bilər. Lakin bundan kənarda müharibənin gedişatını ciddi şəkildə dəyişəcək real rıçaqları çox məhduddur”.

Əziz Əlibəyli hesab edir ki, hazırkı geosiyasi şəraitdə Rusiyanın Yaxın Şərqdə birbaşa hərbi oyun dəyişdirici rol oynaması ehtimalı kifayət qədər aşağıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*