SON DƏQİQƏ! Rusiya sülhməramlılarının ailələri Rusiyadan Qarabağa KÖÇÜRÜLƏCƏKbackend

SON DƏQİQƏ! Rusiya sülhməramlılarının ailələri Rusiyadan Qarabağa KÖÇÜRÜLƏCƏK

Rusiya sülhməramlılarının ailələri Rusiyadan Qarabağa köçürüləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan 1500 sülhməramlının ailəsini Rusiyadan Qarabağa köçürməsi üçün əlindən gələni edir.

“Heç kimə sirr deyil ki, Qarabağda təhlükəsizlik üçün bütün ümidlər Rusiya sülhməramlıları ilə bağlıdır. Və Qarabağ xalqı dəfələrlə bəyan edib ki, rus əsgəri getsə, Qarabağ əhalisi də onunla birlikdə Qarabağı tərk edəcək.

Bu baxımdan sülhməramlıların Qarabağda uzun müddət və hərtərəfli məskunlaşmaları barədə düşünmək lazımdır.

9 noyabr 2020-ci il tarixli sənəddə sülhməramlıların mövcudluğunun iki tərəfin – Azərbaycan və Ermənistan istəyindən asılı olduğu qeyd edilsə də, bu sənədin bütün digər bəndləri pozulub. Heç bir müddətə əməl olunmayıb, ona görə də biz bunu edə bilərik. Deyirlər ki, sənəd artıq qüvvədə deyil və sülhməramlıların qalması yalnız Rusiya, Qarabağ və bir az da Ermənistanın istəyindən asılıdır.

Əldə etdiyimiz məlumata görə, Arayik Arutyunyan 1500 sülhməramlının ailələrini Rusiyadan Qarabağa köçürmələri üçün əlindən gələni edir ki, onlar burada daha möhkəm məskunlaşsınlar.

Bizə bildirdilər ki, bu məsələ ilə bağlı o, Rusiya Federasiyasının ali orqanlarına müraciət edib və rus hərbçilərinin ailə üzvlərinin köçürülməsinin təşkil olunacağına dair təminat alıb”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*