Rusiya üçün xüsusi beynəlxalq tribunal yaradıla bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğundan, Avropa Komissiyasından, Niderland hökumətindən xahiş etmək niyyətindədir. Kuleba Haaqada onlayn tədbirlərdə iştirak edəcəyini açıqlayıb:
“Əsas müzakirə mövzulardan biri Ukraynaya qarşı törədilən cinayətlərə görə xüsusi tribunalın yaradılması olacaq. Bu, mənim çıxışımın ana xəttini təşkil edəcək”, – deyə Kuleba vurğulayıb.
Ukraynalı nazirin sözlərinə görə, o, müvafiq beynəlxalq müqavilə imzalamağı təklif etmək niyyətindədir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
