backend

SON DƏQİQƏ: "Sərhədlərimizə doğru yaxınlaşma var" - Ərdoğan 

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Seneqal Prezidenti Macky Sall mətbuat konfransı keçirib. Çıxış edən Türkiyə Prezidenti mühüm açıqlamalar verib:

“İdlibdən sərhədlərimizə doğru hərəkət var. Bunun müqabilində tədbirimizi almışıq”.

Dövlət başçısı həmçinin ikitərəfli əlaqələrdən də danışıb. O, bildirib ki, Türkiyənin potensialını Seneqalda tanıtmaq nə qədər əhəmiyyətlidirsə Seneqalı da Türkiyədə tanıtmaq eyni şəkildə əhəmiyyətlidir.

“Seneqal, FETÖ ilə mübarizəmizdə bizi müdafiə edən bir ölkədir. İmzalanan müqavilələrlə fərqli bir əməkdaşlıq modelinin mümkün olduğunu göstəririk. Dəmir və polad üçün çox ciddi bir sərmayənin yenidən Tosyalı Holdinq tərəfindən burada edilməsi vacibdir”.

Ərdoğan əmin olduğunu bildirib ki, Seneqal həm Qərbi Afrika, həm də bütün qitə ilə əlaqələrinii dərinləşdirmək üçün Türkiyəyə dəstək verəcək.

Günel Museyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*