“Kanada Rusiya borularına xidmət göstərməkdən imtina edərsə, “Şimal axını” tamamilə dayandırılacaq”.
KONKRET.az xəbər verir ki, bu fikiri rusiyalı analitik İqor Yuşkov səsləndirib. O hesab edir ki, Kanada texniki və təmir xidməti göstərməkdən imtina edərsə, “Şimal axını” qaz kəmərinin fəaliyyəti tamamilə dayandırıla bilər:
“Əgər Kanada və Almaniya qərara gəlsə ki, “Qazprom”un bütün addımları siyasi oyundur və boruları təmir etməyin mənası yoxdur, o zaman “Şimal axını”nın istilik mövsümünə qədər dayandırılacağı ehtimalı yüksəkdir”, – Yuşkov vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, Rusiya tərəfi uzunmüddətli müqavilələr üçün zəmanət tələb edəcək: “Lakin “Qazprom” üçün ən sərfəli variant “Şimal axını”nı “Şimal axını 2″ ilə əvəz etmək olardı. O, tamamilə yenidir və bütün bütün tborular rusiyaya aiddir, yəni üçüncü tərəflərdən asılılıq yoxdur”, – Yuşkov bildirib.
Xatırladaq ki, Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirib ki, Almaniyanın qeydə alınan yeraltı anbarlarının doluluq səviyyəsi elə həddədir ki, Rusiyadan qaz tədarükü olmadan qışdan çıxmaq mümkün olmayacaq.
Məlumat üçün bildirək ki, “Qazprom” 2022-ci il iyulun 11-i səhər saatlarında “Şimal axını” ilə qaz nəqlini dayandırıb. Gün ərzində oradan 63,4 milyon kubmetr qaz keçib ki, bu da ötən günlərlə müqayisədə təxminən eyni səviyyə deməkdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
