Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, xəstələrdən 266 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 68 nəfərdir.
Qeyd edək ki, bu günədək Azərbaycanda 31 878 nəfər COVID-19-a yoluxub, onlardan 25 882-si sağalıb, 448 nəfəri isə vəfat edib.
