İranın paytaxtı Tehranda güclü partlayış baş verməsi ilə bağlı görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, videolarda partlayışdan sonra yaranan yanğının kilometrlərlə uzaqdan göründüyü müşahidə edilir.
İran rəsmiləri yanğının bələdiyyənin apardığı qazıntı işləri zamanı qaz borusunu zədələməsi nəticəsində meydana gəldiyini iddia edib.
Qeyd edək ki, son illərdə Tehranda dəfələrlə müəmmalı partlayış və yanğınlar baş verib. (“Azad İran”)