Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.
KONKRET.az xəbər verir ki, bu vəzifəyə Mədəniyyət kanalının rejissoru Zaur Zeynal gətirilib. O, Aztv sədrinin köməkçisi Həmidağa Əsədzadənin ən yaxın dostlarından biri hesab olunur.
Şou-biznes sahəsində xeyli əlaqələri olan şəxsin idman kanalına direktor təyin olunması bir sıra suallar doğurur.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli işdən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.
Natiq Səlim,
KONKRET.az
Adamsız, arxasız adamlara vəzifə və iş vermək olmaz.Yazıklar bu ölkəyə, bu millətə…