Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın Laçın yolu vasitəsilə Ermənistana getmək istəyərkən saxlanıldığı iddia edilir.
KONKRET.az xəbər verir ki, bu haqda Ermənistanın Politik.am saytı məlumat yayıb.
Sayt iddia edir ki, Ruben Vardanyan Ermənistana gedən yolda həbs edilib. “Məlumatı hələlik yoxlamaq mümkün deyil” – deyə xəbərdə bildirilir.
Vardanyanın həyat yoldaşı Veronika Zonabend Civilnet.am-a bildirib ki, Vardanyan onunla əlaqə saxlamayıb, onun həbsi barədə Azərbaycan mətbuatından xəbər tutub.
