Rusiyanın Xalq artisti, aktyor və rejissor Mixail Kokşenov 83 yaşında dünyasını dəyişib.
KONKRET.az məlumat verir ki, bu barədə “TASS” Rusiya Kinematoqrafçılar İttifaqının Kino Aktyorları Gildiyasına istinadən xəbər verib.
Mixail Kokşenovun ilkin ehtimal olaraq koronavirusdan öldüyü bildirilib.
Aktyorun ölümündən öncə koronavirus şübhəsi ilə bağlı xəstəxanada olduğu qeyd edilir.
Onun ölümü barədə ilk olaraq şairə Lyubov Voropayeva məlumat yayıb. Həyat yoldaşı daha sonra bu məlumatı təsdiq edib.
83 yaşında dünyasını dəyişən aktyor “Sportloto-62” filmindən tamaşaçıların yadında qalıb.
Hökm.az
