SON DƏQİQƏ: Zelenski Putinə MESAJ GÖNDƏRDİ: Görün nələr yazıb…backend

SON DƏQİQƏ: Zelenski Putinə MESAJ GÖNDƏRDİ: Görün nələr yazıb...

Slovakiyanın baş naziri Robert Fitso Moskvaya səfəri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenskinin mesajını Rusiya prezidenti Vladimir Putinə çatdırmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, Slovakiya Xarici İşlər Nazirliyi bir daha təsdiqləyib ki, Fitso mayın 9-da Moskvada Naməlum Əsgərin Məzarı önünə əklil qoyacaq, lakin hərbi paradda iştirak etməyəcək.

Nazirliyin dövlət katibi Rastislav Xovanets bildirib ki, səfər çərçivəsində Fitsonun Rusiya prezidenti ilə görüşü də nəzərdə tutulub.

“Baş nazir ötən həftə iki dəfə əlaqə saxladığı Ukrayna prezidentinin mesajlarını Putinə çatdıra bilər. Eyni zamanda, o, müharibənin başa çatdırılması istiqamətində aparılan səylərlə bağlı Putinin mövqeyi barədə mühüm məlumat əldə etmək imkanı qazanacaq”, — deyə Xovanets vurğulayıb.

O əlavə edib ki, Slovakiya hakimiyyəti bütün maraqlı tərəflərlə dialoqun aparılmasını vacib hesab edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*