Son sutkada 1688 vaksin vurulub – STATİSTİKAbackend

Son sutkada 1688 vaksin vurulub - STATİSTİKA

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 688 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza vaksin vurduranların sayı 1 129, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 185 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 830 718, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 346 862, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 103 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*