Son sutkada 325 nəfər koronavirusa yoluxdu – FOTObackend

Son sutkada 325 nəfər koronavirusa yoluxdu - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən xəbərə görə, analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir.

Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 153 test aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*