backend

Şoyqu müharibənin gedişatında ləngiməyə görə rəhbərlikdən UZAQLAŞDIRILDI - Britaniya kəşfiyyatı

Ukraynada ruslar komanda rəhbərliyindən uzaqlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Britaniya kəşfiyyatı Şoyqunun problemlərini öyrənib.

Kəşfiyyatınn məlumatına görə, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Ukraynaya qarşı müharibədə ordudakı problemlərə görə rəhbərlikdən uzaqlaşdırılıb.

İndi Rusiya Prezidenti Vladimir Putinə qarşıdurmanın gedişi barədə hesabatı əməliyyat komandirləri verirlər. Bu barədə Britaniya kəşfiyyatı Rusiya mətbuatının məlumatına əsasən bildirir.

Bundan əlavə, departament bildirib ki, çox güman ki, müharibədə öz təcrübəsi olan rus zabit və əsgərləri Rusiyanın müharibədə irəliləyişi dalana dirəndiyi üçün mütəmadi olaraq Şoyqunu səmərəsiz rəhbərliyinə görə ələ salırlar.

Xatırladaq ki, rus qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya soxulub və bir neçə gündən sonra Kiyevə nəzarəti ələ keçirməyi planlaşdırıblar. Lakin onalar planlarını həyata keçirə bilməyiblər.

Media Şoyqu və ətrafının müharibəyə getməli olan pulun 80%-ni oğurladığını öyrənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*