Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lər Azərbaycana gəlirbackend

Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lər Azərbaycana gəlir

Fevralın 23-dən 28-dək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Azərbaycana səfər edəcəklər.

Agentlikdən KONKRET.az-a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30 illiiyi ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT-lərlə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurbanları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.

Eyni zamanda Srebrenitsa QHT-lərinin təmsil olunduğu nümayəndələrin işğaldan azad olunmuş ərazilərə də səfəri nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*