KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır.
KONKRET.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas “Armenpress”ə müsahibəsində deyib. O hesab edir ki, sərhəd fərqləri yalnız siyasi və diplomatik yolla həll edilməlidir.
“KTMT noyabrın 26-da Soçidə əldə edilmiş razılaşmaları və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılmasını dəstəkləyir”, – Zas bildirib.
Qeyd edək ki, KTMT baş katibi Stanislav Zas 22-24 dekabr tarixlərində Ermənistanda səfərdədir.
Zas həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrliyinin imkanlarından daha fəal istifadə etməyə çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az